Millət vəkilindən banklara ittiham: `İnsanları aldadırlar`
17:53 30 Sentyabr 2016
"Azərbaycanda banklar manipulyasiya edib insanları aldadır".
Femida.az xəbər verir ki, bunu bu gün Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında millət vəkili Əli Məsimli deyib.
Manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu xatırladan millət vəkili dollar ifadəsində ödənişi düzgün saymır: "Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olmasa, vəziyyət daha da acınacaqlı hal alacaq".
Femida.az
Oxunub: 1325
Oxşar xəbərlər
- Millət vəkili Avropada zorakılıqdan danışdı
- Millət vəkilləri Rusiyaya gedir
- Millət vəkili NATO PA-nın seminarına qatılacaq
- Millət vəkilimiz köçkün türkmanlarla görüşdü
- Millət vəkili dünyanı etiraza səslədi
- Millət vəkilləri Lənkəranskinin 40 mərasimində (FOTO)
- Millət vəkili çağırışı etdi - Qarabağla bağlı
- Millət vəkili prezidentlə görüşdü
- Millət vəkili seçiciləri ilə görüşüb
- Millət vəkili prezidentlə görüşdü